EN

Faiq Hacıyev üçün “Turan”la 100-cü çempionat oyunu – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin də üzvü olan Faiq Hacıyev “Turan Tovuz”un heyətində Premyer Liqada 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Kapitanın yubiley matçı çempionatın 2025/2026-cı illər mövsümünün 27-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la matça təsadüf edib.

Tovuzda baş tutmuş “Turan Tovuz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Faiq Hacıyev “Qəbələ”nin yetirməsidir. MOİK-də də oynamış müdafiəçi “Turan Tovuz”a 2021-ci ilin iyul ayında azad agent kimi qoşulub. O, cari mövsümdə meydana çıxdığı 27 oyunda 3 məhsuldar ötürmə müəllifi olub. Hacıyevin “Turan Tovuz”dakı ümumi statistikası belədir – 112 oyun, 4 qol və 9 məhsuldar ötürmə.

Azərbaycanın U-21 yığmasında da oynamış Faiq Hacıyevə hələ əsas millimizdə debüt etmək qismət olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
1
5
arena.az

10Sources