AZ

Yüksək Liqa: “Turan” finala yüksəldi – ARENA.AZ

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün növbəti finalçı müəyyənləşib.

Arena.az xəbər verir ki, “Turan” və “Gəncə” komandaları arasında baş tutmuş yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilmiş oyun ev sahiblərinin 3:0 (25:18, 25:18, 25:18) hesablı üstünlüyü ilə bitib.

Xatırladaq ki, Tovuz komandası birinci görüşdə də eyni hesabla qalib gəlmişdi.

“Turan” finalda “DH Volley”lə münasibətlərə aydınlıq gətirəcək. “Gəncə” isə üçüncü yer uğrunda görüşdə “Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq.

Mükafatlar uğrunda oyunlar aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Yarımfinal mərhələsinin görüşlərindən fərqli olaraq, bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar cəmi bir oyundan ibarət olacaq.

Yüksək Liqa
Yarımfinalın cavab oyunu
13 aprel 2026

“Turan” – “Gəncə” 3:0 (25:18, 25:18, 25:18)
Tovuz Olimpiya İdman Kompleksinin stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
5
arena.az

10Mənbələr