EN

 Almatıda BVF tərəfindən vergi inzibatçılığı üzrə beynəlxalq seminar keçirilib

Bu günlər  Beynəlxalq Valyuta Fondu (BVF) Qazaxıstanın Almatı şəhərində “Vergi inzibatçılığında rəqəmsal təhlillər üzrə təcrübə icmasının formalaşdırılması” mövzusunda beynəlxalq seminar təşkil edib.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov çıxış edərək Azərbaycanda rəqəmsal vergi inzibatçılığı və vergi sisteminin elektronlaşdırılması səviyyəsi haqqında məlumat verib. O, vergi islahatları və elektron xidmətlərin genişləndirilməsi sahəsində ölkə təcrübəsini seminar iştirakçıları ilə bölüşüb.

BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən təşkil olunan tədbirdə Qafqaz və Mərkəzi Asiya regionuna daxil olan 10 ölkədən 20 nümayəndə iştirak edib. Tədbir çərçivəsində iştirakçılar məlumat axınlarının idarə olunması və data analitikası sahəsində qabaqcıl yanaşmalarla tanış olub, müxtəlif ölkələrin təcrübələrini öyrənmə imkanı əldə ediblər. 

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Chosen
23
1
azerbaijan-news.az

2Sources