Ziddiyyətli strategiya - Tramp niyə açıq qalmasını istədiyi boğazı blokadaya almağa çalışır?
ABŞ prezidenti Donald Tramp-ın Hörmüz boğazı ilə bağlı son açıqlamaları ciddi suallar doğurur. Daha əvvəl bu həyati əhəmiyyətli enerji yolunun açıq qalmasının vacibliyini vurğulayan Trampın indi blokada siqnalları verməsi onun siyasətində ziddiyyətli yanaşma kimi qiymətləndirilir.
CNN analitiki Devid Qoldman-ın təhlilinə görə, bu addımın arxasında əsas məqsəd İranın neft ixracını məhdudlaşdırmaqdır. Hazırda İran boğazı tam bağlamasa da, tanker keçidlərinə nəzarəti artırır və bəzi hallarda əlavə ödənişlər tələb edir.
Ekspertlər hesab edir ki, mümkün blokada İranın əsas gəlir mənbələrindən birinə zərbə vurmaq üçün nəzərdə tutulub. Lakin bu addım eyni zamanda qlobal enerji bazarı üçün ciddi risklər yaradır. Çünki Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biridir və onun bağlanması qiymətlərin kəskin artımına səbəb ola bilər.
Məhz bu risklərə görə ABŞ indiyədək müəyyən balans siyasəti yürüdərək İran neftinin bazara çıxışına tam mane olmayıb. Hətta bəzi hallarda qiymətləri sabit saxlamaq üçün sanksiyalarda yumşalma addımları da müşahidə olunub.
Bununla belə, son siqnallar göstərir ki, Tramp administrasiyası İrana qarşı təzyiqi artırmaq niyyətindədir. Bu isə yaxın dövrdə həm regionda, həm də qlobal enerji bazarında yeni və gözlənilməz dalğalanmaların yaranmasına səbəb ola bilər.
aia.az
Tərcümə şöbəsi