EN

Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 aprel, AZƏRTAC

“Azerbaycan'da Askeri işleri ve Askeri Sanati (Eski çağlardan 16. yüzyılına kadar)” adlı monografiya türk dilində işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, geniş oxucu üçün nəzərdə tutulan 344 səhifəlik elmi əsərin müəllifi Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutu tərəfindən hazırlanmış “Azərbaycanın hərb tarixi” monoqrafiyası əsasında təkmilləşdirilib. Kitabda üç minillik dövr ərzində Azərbaycan ərazisində baş vermiş hərbi-siyasi hadisələr, qədim dövrlərdən XVI əsrə qədər baş vermiş müharibələr və hərbi-strateji düşüncənin formalaşma mərhələləri geniş şəkildə işıqlandırılır.

Zəngin mənbələrə və elmi ədəbiyyata əsaslanan bu tədqiqatda Azərbaycanda hərb sənətinin yaranması və inkişaf xüsusiyyətləri, hərbi sistemin təşkili, döyüş taktikaları, istehkam və müdafiə qurğularının rolu, eləcə də müxtəlif silah növlərinin istehsalı və tətbiqi məsələləri ətraflı şəkildə araşdırılır.

Müəllif tərəfindən təqdim edilən monoqrafiyada bu dövrdə Azərbaycan ərazisində yaşamış tayfaların müharibələrdə iştirakı, qədim Azərbaycan dövlətlərində hərb işinin təşkili və yerli tayfaların silahları haq¬qın¬da qiymətli məlumatlar da öz əksini tapıb.

Kitab çoxlu sayda tarixi xa¬rak¬terli illüstrativ materialla zənginləşdirilib – dövlətlərin, yü¬rüş¬lə¬rin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatlarının yürüş və döyüş düzülüşləri sxemləri, tarixi silahların fotoşəkilləri, batal mi¬niatürləri, o cümlədən to¬rev¬tika və daşişləmə sənəti nümunələri da¬xil edilir.

Beləliklə, ən qədim dövrlərdən XVI əsrə qədər Azər¬bayca¬nın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın möv¬zu və məqsədlərini şərtləndirib.

Elmi məzmunu və aktuallığı ilə seçilən bu nəşr elmi biliklərin yayılmasına, milli tariximizin zənginləşdirilməsində əhəmiyyətli rol oynayır və daha dərindən öyrənilməsinə xidmət edir.

Müxbir - Nailə Həsənova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
azertag.az

2Sources