BAKI, 13 aprel. TELEQRAF
“ABŞ İrana qarşı dəniz blokadası tətbiq etsə, Yəmənin “Ənsarallah” Hərəkatı (Husilər) Bab əl-Məndəb boğazını bağlaya bilər”.
Teleqraf xəbər verir ki, bunu Vaşinqtonda yerləşən Beynəlxalq Böhran Qrupunun tədqiqatçısı Əhməd Nağı “Associated Press”ə deyib.
“Əgər ABŞ İran limanlarına blokada tətbiq edərsə və İran bunun nəticələrini hiss etməyə başlayarsa, husilərin Bab əl-Məndəb boğazını bağlaması ehtimalı yüksək olacaq. Bu dəniz arteriyasının mümkün bağlanması qlobal gəmiçiliyə təzyiqi daha da artıracaq”, - o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Yaxın Şərqdəki Amerika Hərbi Dəniz Qüvvələrinin bu gündən etibarən İran limanlarına daxil olan və çıxan gəmiləri saxlayacağını açıqlamışdı: “ABŞ aprelin 13-də, Şərq vaxtı ilə saat 10:00-dan İran limanlarına daxil olan və ya çıxan gəmiləri blokadaya alacaq. Diqqətinizə görə təşəkkür edirik”.