EN

“Rahat” marketdən kilosu 85 manata satılan alça ilə bağlı AÇIQLAMA

“Rahat” market alçanın kiloqramının 85, əriyin isə 29 manatdan satılmasının etirazla qarşılanmasına münasibət bildirib.

 

Pravda.az-ın sorğusuna verilən açıqlamada qeyd olunub ki, bazarda hazırda həmin məhsullar yenidir.

 

“Qiymətlər yüksəkdir. Məhsulun qiyməti “Rahat” marketlə əlaqəli deyil. Məhsulları biz istehsal etmirik, bazara gətirilir, biz də alıb vitrinə qoyuruq. Alça bütün filiallarımıza deyil, seçilmiş şəhər mağazalarımızda satılır. Çünki həmin ərazidə bu məhsulun müştəriləri var,  orada ona tələbat yaranır. Məhsulun qiyməti onun ölçüsünə, keyfiyyətinə görə hesablanır. Bu da önəmli məsələdir. Bazarda müəyyən vaxtlarda ərik, alça yayılacaq. Hazırda alça mövsümü deyil. Qiyməti həm də buna görə bahadır. “Rahat” market qiymətlər bazar qiymətlərinə görə qoyulur. Məhsul satılmadısa, bu, bizə də sərf etmir. Ziyanımızadır, çünki çox bahalıdır. Müəyyən məhsullar var ki, bahalısı da, ucuzu da olur. Hər hansı müştəriyə “niyə bahalısını alıırsan?” deyə bilmərik”, - açıqlamada bildirilib.

 

Qeyd: “Rahat” merketdə sözügedən məhsullarla bağlı görüntünü aparıcı Aytən Səfərova yayıb.

 

Aytəkin Qardaşova

Tarix: 13 Aprel 2026, 15:35   
Chosen
25
pravda.az

1Sources