EN

İran münaqişəsi Avropanın enerji xərclərini 22 milyard avroya qədər artırıb

Bakı. Trend:

İran münaqişəsi başlanandan bəri Avropanın enerji resurslarınınidxalına olan xərcləri 22 milyarda qədər artıb.

Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasınınrəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirdiyi mətbuatkonfransında bildirib.

“Hörmüz boğazının blokadası iqtisadiyyata ağır zərbə vurur.Münaqişənin 44 günü ərzində Avropa İttifaqının enerji resurslarınaolan xərcləri 22 milyard avroya yüksəlik”, - o bildirib.

Fon der Lyayenin sözlərinə görə, xərclərin artmasına baxmayaraqfiziki idxal həcmləri bir zərrə belə artmayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Chosen
20
az.trend.az

1Sources