Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 18 və 19 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.