AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı, 13 aprel, AZƏRTAC

!Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə aprelin 18-19-da Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

 

Seçilən
1
49
azertag.az

10Mənbələr