EN

Macarıstanın yeni hökuməti TDT ilə əlaqələri kəsməyəcək




"Macarıstandakı son parlament seçkiləri ciddi rəqabət şəraitində keçdi. Bu rəqabət təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da açıq şəkildə özünü göstərirdi".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, ABŞ və Rusiya sabiq Baş nazir Orbana dəstək verərək onun hakimiyyətdə qalmasını istəyirdi:

"Hətta D.Tramp Macar xalqına Orbanı seçməsi ilə bağlı çağırış da etdi. Vitse prezident D.J Vensi Budapeştə göndərdi. Bütün bu cəhdlərə baxmayaraq Orban ağır məğlubiyyətə uğradıldı. Macarıstan parlamentindəki 199 yerlik kreslodakı 116 yerdən cəmi 27 yerini qoruya bildi. Beləliklə də Orbanın 16 illik hakimiyyətinə son qoyuldu".

Əli Orucov deyib ki, müxalifətin parlamentə 135 deputata sahib olması daha rahat siyasi kurs yürüdəcəyini qarantilədi:

"Əslində qalib gələn lider Peter Maqyar da iki il əvvələdək Orbanın partiyasında olub. Yüksək postlar həvalə edilib. Onun mətbuata verdiyi ilk açıqlamalarda da xarici siyasətdə fundamental dəyişikliklərin baş verəcəyinə işarə edilmədi. Demək xarici siyasi kursda yeni formalaşacaq hökümət TDT ilə əlaqələrini kəsməyəcək. Çünki bu əlaqələr Macarıstan üçün də faydalıdır. Yeni komandanın xarici siyasətdə diqqət yetirəcəyi və korrektələr edəcəyi məsələlər Qərbə inteqrasiyanın dərinləşməsi və Ukrayna ilə bağlı olacaq. Orban Qərbin artdığı addımlara bir çox hallarda problemlər çıxarırdı və düşünmək olar ki, bu tip hallar olmayacaq. Yaxud da nadirən olacaq. Budapeşt-Bakı xətti qarşılıqlı mənafelərin təmin edilməsi və tərəfdaşlıq üzərində qurulub. Hər iki dövlət bir-birilərin iqtisadiyyatına sərmayələr ayırıblar və qarşıda da birgə layihələr var. Odur ki, yeni kabinet gözləntilərəmiz var".

Süleyman
Chosen
27
1
newscenter.az

2Sources