EN

Saatlarla “scroll” etməyin səbəbi səbəb düşündüyünüzdən fərqlidir

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ətrafınızdakı insanlar və ya uşaqlarınız davamlı olaraq qısa videolar izləyirsə, bu asılılığın səbəbi artıq məlum olub.

Telefonu əlinə alırsan, əslində cəmi bir neçə video izləmək istəyirsən.

Amma birdən görürsən ki, vaxt necə keçib xəbər yoxdur.

Tanış gəldi? Bu, sadəcə vaxt itkisi deyil. Beynin və duyğularının verdiyi bir reaksiya ola bilər.

Ölkə.az xəbər verir ki, Çində aparılan diqqətçəkici bir araşdırma xüsusilə gənclər arasında qısa video asılılığının düşündüyümüzdən daha dərin səbəbləri olduğunu ortaya qoyub.

Araşdırmaya görə, əgər insan münasibətlərdə özünü kifayət qədər dəyərli və önəmli hiss etmirsə, yəni qarşı tərəfin sevgisinə və diqqətinə daim şübhə ilə yanaşırsa, bu vəziyyət qısa videolara aludə olma riskini xeyli artırır.

Çünki qısa videolar çox sürətli işləyir: bir neçə saniyə ərzində davamlı yeni məzmun, yeni stimullar və yeni “mükafat” təqdim edir. Bu da beynin mükafat sistemini dərhal aktivləşdirir və insanı yenidən izləməyə sövq edir.

Yəni əgər insan real həyatda emosional baxımdan kifayət qədər təmin olunmursa, duyğularını ifadə etməkdə çətinlik çəkirsə, bu dövrəyə düşmə ehtimalı daha yüksək olur.

Bu səbəbdən mütəxəssislər bildirir ki, insan öz duyğularını anlamağı, tənhalıq və streslə necə mübarizə apardığını dərk etməlidir. Əks halda saatlarla sürüşdürülən videolar bizə nəsə qazandırmaqdan çox, bəlkə də nələrisə unutdurmağa çalışır.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
olke.az

2Sources