EN

Premyer Liqa: Son 16 mövsümün ilki yaşandı – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü het-triki qeydə alınıb.

Arena.az xəbər verir ki, Rauf Rüstəmli 27-ci turun “Karvan” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanmışdı. “Qarabağ”ın futbolçuları Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran 26-cı turda “Karvan”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumu 18-ci turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapmışdı.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/2010-cu illər mövsümündə belə hadisə yaşanmışdı. Həmin çempionatda 3 yerli oyunçu – Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atmışdılar.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Qeyd edək ki, Rauf həm də “Karvan”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də tarixə düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
12
13
arena.az

10Sources