EN

Şahin Şıxlinski və oğluna hökm oxundu - FOTO

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Şahin Şıxlinski cəzasını ciddi rejimli, oğlu Mutvalı isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Şahin Şıxlinski martın 5-də sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub. Bu səbəbdən Ş.Şıxlinskiyə təyin edilən cəzalar birləşdirilib və ümumilikdə ona 24 il həbs cəzası verilib. Şahin Şıxlinski cəzasının ilk 4 ilini türmədə, geri qalan illəri isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Chosen
9
9
aznews.az

10Sources