EN

Rusiyada azərbaycanlı diaspor sədrinə yeni hökm oxundu

Rusiya məhkəməsi Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini doqquz il müddətinə azadlıqdan məhrum edib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu, Şıxlinskinin bir ay ərzində ikinci cəzasıdır. Əvvəlki cəzası nəzərə alınmaqla, o, ümumilikdə 24 il həbs cəzası çəkəcək. İlk dörd il həbsdə, qalan müddət isə ciddi rejimli cəzaçəkmə müəssisəsində.

Xatırladaq ki, mart ayında Yekaterinburq məhkəməsi Şahin Şıxlinskini 22 il həbs cəzasına məhkum edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
50
missiya.az

1Sources