Livan ordusu “Hizbullah”ın tərksilah edilməsində iştirak etməyəcək.
Qaziler.az xəbər verir ki, bunu hərəkatın siyasi şurasının sədr müavini Mahmud Komati “RİA Novosti”yə bildirib.
"Heç kim “Hizbullah”ı tərksilah edə bilməz, bu, qeyri-mümkün bir məsələdir. Buna heç bir şəkildə nail olmaq mümkün deyil. Ordu bu işdə iştirak etməyəcək", - o deyib.
Komati vurğulayıb ki, Livan ordusu hökuməti “Hizbullah”ın tərksilah edilməsində dəstəkləməyəcək.
Qeyd edək ki, 11 apreldə "Əl-Hadath TV" İsrail və Livan arasında səfirlik danışıqlarının 14 apreldə Vaşinqtonda keçiriləcəyini bildirib. Mənbənin məlumatına görə, ABŞ həmin tarixə qədər Livanın paytaxtı Beyrutun hücumlardan qorunacağına zəmanət verib.
QAZİLER.AZ