EN

Azərbaycan və Türkiyə arxeoloqları Kür Araz mədəniyyətinin tədqiqi üzrə birgə layihələr reallaşdıracaq

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər üzrə baş direktor müavini Bülent Gönültaşın başçılıq etdiyi Azərbaycan və Türkiyəli arxeoloqlarının təmsil olunduğu heyət ilə görüşüb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə Atatürk Universitetinin professoru Mehmet Işıklı, Mardin Artuklu Universitetinin professorları Aynur Özfırat və Gencay Güloğlu isilu və Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun dosenti Müzəffər Hüseynov iştirak ediblər.

Görüşdə iki ölkənin tarixində və mədəniyyətində ortaq keçmişimizin dərin köklərini əks etdirən Kür-Araz mədəniyyəti kimi nadir irsin tədqiqi və təbliği istiqamətində birgə səylər, bu istiqamətdə birgə layihələrin reallaşma yolları müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
azertag.az

1Sources