EN

Dağıstanda evləri QAR BASDI: Ana və 7 yaşlı uşağı uçqunun altında QALDI – VİDEO

Dağıstanda ana və 7 yaşlı uşağı qar uçqununun altında qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Dağıstanın Tsuntinski rayonunun Şaitli kəndində təbii fəlakət baş verib. Qar uçqunu bir neçə yaşayış evini tamamilə örtüb.

Hadisə zamanı bir qadın və onun 7 yaşlı övladı uçqunun altında qalıb.

Hadisə yerinə dərhal xilasetmə dəstələri cəlb olunub. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources