EN

Haitidə izdiham - 25 nəfər ölüb

Yazını böyüt
Yazını kiçilt

Haitinin şimalında yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim Laferriere qalası yaxınlığında baş verən izdiham nəticəsində 25 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə “Diario Libre” qəzeti məlumat yayıb. Məlumata görə, 12 nəfər hadisə yerində, daha 13 nəfər isə aldıqları xəsarətlərdən sonra xəstəxanada ölüb.

Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. İlkin ehtimallara əsasən, faciə abidənin qalereyalarında oksigen çatışmazlığı nəticəsində baş verib. Bildirilir ki, bütün Haiti ərazisini əhatə edən əlverişsiz hava şəraiti – yağış və güclü külək vəziyyəti daha da ağırlaşdırıb.

Chosen
4
2
hafta.az

3Sources