EN

Xəzərdə 4,6 maqnitudalı zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

 

Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

 

Qeyd olunub ki, yerli vaxtla saat 22:46-da qeydə alınan zəlzələnin maqnitudası 4,6 olub.

 

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Chosen
16
33
senzor.az

10Sources