Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə "Far.Az"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla 22:46-da qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.
Lənkəranda zəlzələ baş verib.
"Far.Az"un Cənub bürosunun məlumatına görə, yeraltı təkanların maqnitudası 3 olub.