EN

ABŞ Mərkəzi Komandanlığından İrana xəbərdarlıq

Aprelin 13-də ABŞ ordusu İranın dəniz blokadasına başlayacaq və İran limanlarına gedən bütün gəmilərin, eləcə də onun sahillərindən üzməyə çalışan gəmilərin hərəkətini bloklayacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"Prezidentin qərarına uyğun olaraq, Mərkəzi Komandanlıq qüvvələri 13 apreldə Şərq sahilləri vaxtı ilə saat 10:00-da İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını blokadaya almağa başlayacaq", - deyə qeyd edilib.

Chosen
8
1
publika.az

2Sources