EN

ABŞ İrana dənizdən "zərbə vurur": blokada başlayır

ABŞ Mərkəzi Komandanlığı rəsmi açıqlama yayıb.

Musavat.com xəbər verir ki, Vaşinqton 13 aprel tarixində ABŞ-nin şərq vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə 18:00) etibarən İran limanlarına daxil olan və ya bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayacağını bildirib.

Açıqlamada qeyd olunur ki, blokada bütün ölkələrin gəmilərinə şamil ediləcək. Bununla belə, Hörmüz boğazından keçərək İran limanlarına daxil olmayan və ya oradan çıxmayan gəmilər bu məhdudiyyətlərdən kənarda qalacaq.

ABŞ hərbçiləri bölgədə fəaliyyət göstərən dənizçilərə rəsmi bildirişləri diqqətlə izləməyi və ABŞ-nin Hərbi Dəniz Qüvvələri ilə daimi əlaqədə olmağı tövsiyə edib.

 

Musavat.com

Chosen
27
musavat.com

1Sources