EN

Makron və Merz Madyarı təbrik etdi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron Macarıstanda parlament seçkilərində qələbəsi münasibətilə müxalif “Tisa” partiyasını təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə partiya rəhbəri Peter Madyar X səhifəsində yazıb.

Bundan əlavə, Almaniya kansleri Fridrix Merzin də müxalif partiya rəhbərinin ünvanına təbrik ünvanladığı bildirilib.

Qeyd edək ki, Macarıstanda parlament seçkilərində səslərin 45 faizindən çoxu sayılıb. Hazırkı nəticəyə görə, müxalifətdəki Tisa Partiyası 199 parlament yerindən 135-ni qazanıb.

Baş nazir Viktor Orban da qələbə münasibətilə rəqiblərini təbrik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
axar.az

1Sources