Böyük Britaniya və Fransa, digər ölkələrlə birlikdə, Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün çalışacaqlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Baş naziri Keyr Starmerin ofisi Fransa Prezidenti Emmanuel Makronla telefon danışığından sonra bildirib.
Açıqlamada deyilir: "Onlar Hörmüz boğazının qlobal ticarət və enerji təchizatı üçün strateji əhəmiyyəti və naviqasiya azadlığını qorumaq üçün geniş tərəfdaşlar koalisiyası ilə işləməyin zəruriliyi barədə razılığa gəliblər".
Qeyd edək ki, aprelin 12-də ABŞ prezidenti Donald Tramp ABŞ və digər donanmaların Hörmüz boğazını blokadaya alacağını elan etdi. Sky News telekanalı isə Böyük Britaniyanın ABŞ hərbi missiyasında iştirak etməyəcəyini bildirdi.
Mehman