Böyük Britaniya Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınmasında iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. Britaniya hökumətinin sözçüsü bildirib ki, Hörmüz boğazından keçid üçün rüsum tətbiq olunması qəbuledilməzdir.
O, həmçinin qeyd edib ki, rəsmi London gəmiçilik azadlığını qorumaq məqsədilə geniş koalisiya yaratmaq üçün Fransa və digər tərəfdaşlarla təcili şəkildə işləyir.
Musavat.com