EN

İsrail Baş Qərargahı qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirdi

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

“İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Eyal Zamir yaxın gələcəkdə İrana qarşı mümkün hərbi əməliyyatların yenidən başlaması üçün hazırlıqlar aparır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Yediot Ahronot” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Qərargah rəisi bu əmri 11-12 aprel tarixlərində İslamabadda keçirilən ABŞ-İran danışıqların uğursuzluğundan sonra verib.

Hərbi mənbələrə görə, İMQ 2025 və 2026-cı illərdə İranla müharibə zamanı istifadə edilənə bənzər sadələşdirilmiş döyüş protokolu tətbiq edib. Eyni zamanda, ordu planlaşdırma və əməliyyat proseslərini sürətləndirib.

Nəşr əlavə edir ki, İMQ-nin bütün qollarına yüksək döyüş hazırlığını qorumaq, cavab müddətlərini qısaltmaq və əməliyyat boşluqlarını aradan qaldırmaq tapşırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
yeniavaz.com

2Sources