EN

Luçesku ona qoyulan ölümcül diaqnozu gizlədib

Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskuya 2026-cı il dünya çempionatının seçmə mərhələsinin həlledici pley-off oyunlarından bir az əvvəl karyerasını bitirməsi məsləhət görülüb.

Fanat.Az xəbər verir ki, bu barədə 80 yaşlı mərhum mütəxəssisin yaxın dostu, "Gazeta Sporturilor"un rəhbəri Ovidiu İoanițoaya məlumat yayıb. 

Mənbənin iddiasına görə, bu il ona leykemiya diaqnozu qoyulub.

"İki ay-iki ay yarım əvvəl onun heç bir problemi yox idi. Sonra leykemiya inkişaf etdi və bu da hər şeyi çətinləşdirdi. Əslində, qəfil pisləşmənin səbəbi elə bu idi.
İstanbuldakı oyundan bir-iki həftə əvvəl onunla danışdım və mən vasitəçi kimi çıxış etdim. Həkimlər dedilər ki, Luçesku həqiqəti bilsə də, bunu ətrafdan gozlədir.

Mən dedim ki, "Mirça, vəziyyət ciddidir - həkimlər belə deyirlər". O isə belə cavab verdi: "Mən heç nə edə bilmərəm. Mən belə başladım və əgər etməli olsam, belə bitirəcəyəm. Bu, onun şüurlu şəkildə götürdüyü bir risk idi".

Məşqçi aprelin 7-də kəskin miokard infarktından sonra vəfat edib. Onun son oyunu 26 martda 2026-cı il dünya çempionatının pley-offunda Türkiyəyə 0:1 hesabı ilə uduzduqları görüş olub.

Chosen
8
fanat.az

1Sources