EN

KİV: Uitkoff və Kuşner İslamabadı tərk edib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner İran nümayəndə heyəti ilə danışıqlardan sonra İslamabadı tərk edib...

Bu barədə “Reuters“ adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Cared Kuşner, Stiv Uitkoff və texniki qrup İslamabaddan ayrılıb.

Məlumatda həmçinin qeyd olunur ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin olduğu təyyarə bir qədər əvvəl Almaniyadakı Ramştayn aviabazasına eniş edib.

Daha əvvəl “Al Arabiya” telekanalı Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün hələ də Pakistanda qaldığını bildirmişdi. (APA)

Poliqon.info

Chosen
4
1
poliqon.info

9Sources