EN

Astanada faciə: Yanğında üç uşaq həlak oldu - VİDEO

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində üç uşaq həlak olub. 

Bizim.Media xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə 12 aprel gecəsi Yesil rayonunda, Türküstan küçəsində yerləşən 21 mərtəbəli binanın 15-ci mərtəbəsindəki mənzildə baş verib.
 

Rəsmi məlumata əsasən, yanğın yerinə operativ şəkildə xilasedicilər cəlb olunub və mənzildə açıq alov müşahidə edilib. Yanğın zamanı xilasedicilər mənzildən yanıq xəsarətləri alan bir qadını çıxararaq şəhər xəstəxanasına çatdırıblar. Hadisə yerində üç azyaşlının meyiti aşkarlanıb.


Fövqəladə Hallar Nazirliyi bildirir ki, binanın yuxarı mərtəbələrindən 20 nəfər təxliyə olunub, daha 40-a yaxın sakin isə binanı özləri tərk edib.

Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbi araşdırılır.

Astananın yerli hakimiyyəti yaralanan qadına və həlak olan uşaqların ailəsinə zəruri yardım göstəriləcəyini açıqlayıb. Hadisə xüsusi nəzarətə götürülüb.


Bizim.Media

Chosen
32
2
bizim.media

3Sources