EN

Tramp Çinə İranla bağlı xəbərdarlıq etdi: Çox pis olacaq...

ABŞ Prezidenti Donald Tramp Çinə İrana silah satışı ilə bağlı xəbərdar edib.

Musavat.com xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb: "Əgər Çin bunu edərsə, böyük problemlə üzləşə bilər".

Qeyd edək ki, dünən CNN İran hakimiyyətindəki mənbələrə istinadən xəbər yayıb ki, Çin İrana hava hücumundan müdafiə sistemləri verir və onlar yaxın həftələrdə çatdırılacaq. Vaşinqtondakı Çin səfirliyi TASS-ın sorğusuna cavab olaraq CNN-in bu məlumatını təkzib edib: "Çin heç vaxt münaqişənin heç bir tərəfinə silah tədarük etməyib və verilən məlumat doğru deyil.  Çin, məsuliyyətli böyük bir güc olaraq, beynəlxalq öhdəliklərini yerinə yetirir. Biz Amerika tərəfini əsassız ittihamlardan, zərərli fərziyyələrdən və sensasiyadan çəkinməyə çağırırıq. Ümid edirik ki, əlaqəli tərəflər gərginliyi azaltmaq üçün daha çox səy göstərəcəklər." 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
1
olaylar.az

7Sources