EN

Tramp Çini "böyük problemlər"lə HƏDƏLƏDİ

İrana silah tədarük edəcəyi təqdirdə Çini "böyük problemlər" gözləyir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat verib.

CNN-in Çinin İrana mümkün silah tədarükü ilə bağlı Amerika kəşfiyyatının məlumatları barədə sualına cavab olaraq, Ağ Ev rəhbəri bunun baş verəcəyi təqdirdə Pekinin nəticələrlə üzləşəcəyi ilə hədələyib. Amerika lideri "Əgər Çin bunu etsə, onun böyük problemləri yaranacaq" deyib.

Həmçinin Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyat zamanı hədəflərinə nail olub, buna görə də münaqişənin nizamlanmasına dair saziş artıq o qədər də əhəmiyyətli deyil.

Chosen
57
1
publika.az

7Sources