EN

"Bavariya" mövsümdə qolların sayına görə Almaniya çempionatının rekordunu qırıb

"Bavariya" futbol üzrə Almaniya Bundesliqasında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

"Far.Az" xəbər verir ki, "Bavariya"nın futbolçuları XXIX turun "Sankt-Pauli"yə qarşı səfər matçında üç dəfə fərqləniblər.

Ümumilikdə Münhen klubu turnirin cari mövsümündə 103 qol vurub. Əvvəlki rekord da 1971/1972 mövsümündə çempionatda rəqib qapılarından 101 top keçirən "Bavariya"ya məxsus idi.

"Bavariya" Almaniya çempionatında qələbələrin sayına (34) görə də rekordçudur.

Chosen
22
2
far.az

3Sources