"Bavariya" futbol üzrə Almaniya çempionatının bir mövsümündə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.
"Cebheinfo.az" xəbər verir ki, "Bavariya"nın futbolçuları 29-cu turun "Sankt-Pauli"yə qarşı səfər matçında üç dəfə fərqləniblər.
Ümumilikdə Münhen klubu turnirin cari mövsümündə 103 qol vurub. Əvvəlki rekord da 1971/72-ci illər mövsümündə çempionatda rəqib qapılarından 101 dəfə top keçirən "Bavariya"ya məxsus idi.
"Bavariya" Almaniya çempionatında qələbələrin sayına (34) görə rekordçudur.
"Cebheinfo.az"