EN

İran və ABŞ arasında birbaşa danışıqlar yekunlaşdı

İran və ABŞ nümayəndə heyətləri ekspert səviyyəsində birbaşa danışıqları yekunlaşdırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Farhikhtegan" məlumat yayıb.

Məlumata görə, tərəflər hazırda müzakirə olunan məsələlərlə bağlı yazılı protokolların mübadiləsini aparırlar.

20:00

İran tərəfi İslamabadda ABŞ ilə keçirilən danışıqların daha bir gün uzadıla biləcəyini istisna etmir.

Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, İran və ABŞ nümayəndə heyətləri bir sıra məsələlər üzrə detallı və texniki müzakirələrə keçiblər.

Qeyd olunur ki, danışıqlar bir gün üçün planlaşdırılsa da, onların daha bir gün uzadılması ehtimalı var.

18:18

İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib.

Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Xəbərə görə, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.

IRIB-in məlumatına əsasən, Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlara başlamaq qərarını yalnız Vaşinqton tərəfinin İslam Respublikasının aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra verib.

Tehranın iki əsas tələbindən biri - aktivlərin dondurulmasının ləğvi - ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb. Digər tələb olan Livanda atəşkəs məsələsi isə hazırda müzakirə mərhələsindədir.

17:12

Tehran ABŞ ilə İranın aktivlərinin dondurulması qərarının ləğv edilməsi və Livanda atəşkəs barədə danışıqlara başlamaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda Livan və İsrail arasında aparılan danışıqlar "Hizbullah" hərəkatının tərksilah edilməsi və İsrail qoşunlarının geri çəkilməsi məsələsini əhatə edəcək.

"Al Hadath" telekanalının məlumatına görə, ABŞ Livana aprelin 14-də Vaşinqtonda danışıqlar başlamazdan əvvəl İsrailin Beyrutu bombalamayacağına dair zəmanət verib.

16:30

Pakistanda ABŞ və İran arasında danışıqların ilk raundu başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, rəsmi Tehran müzakirələr zamanı öz şərtlərini açıqlayıb.

Bildirilib ki, İslam Respublikası Hörmüz boğazı üzərində nəzarəti əldə saxlamağı, münaqişə zamanı ölkəyə dəyən ziyana görə kompensasiya ödənilməsi, İran aktivlərinin dondurulması qərarının ləğv edilməsi və uzunmüddətli atəşkəs razılaşması tələblərini irəli sürüb.

16:06

İslamabadda mühüm əhəmiyyət kəsb edən zirvə toplantısına start verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi informasiya yayıb.

Məlumata əsasən, Pakistanın paytaxtında Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar prosesi başlanıb.

12:54

İslamabadda İran-ABŞ danışıqları Bakı vaxtı ilə saat 16:00-dan sonra başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, müzakirələr Pakistan vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 16:00 - red.) sonra start götürəcək.

"Dolayı məsləhətləşmələr artıq baş tutub və qarşıdakı danışıqlar birbaşa olacaq", - deyə xəbərdə qeyd edilir.

11:02

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran təmsilçiləri arasında həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə iki fərqli formatda müzakirələrin baş tutacağı planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı öz mənbələrinə əsaslanaraq paylaşıb.

Məlumata əsasən, ilk mərhələdə tərəflər müzakirə olunacaq məsələlərin gündəliyini vasitəçi rolunu oynayan Pakistan rəsmilərinin köməyi ilə razılaşdıracaqlar. Telekanalın mənbələri bildirirlər ki, bu mərhələdən sonra nümayəndələr bilavasitə danışıqlara başlayacaqlar.

Amerika Birləşmiş Ştatları və İran arasındakı bu təmaslar aprel ayının 11-də İslamabad şəhərində, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi altında reallaşacaq. ABŞ tərəfindən heyətə vitse-prezident Ceyms Devid Vens başçılıq edəcək. Qrupa eyni zamanda xüsusi nümayəndə Stiv Uitkoff və ABŞ dövlət başçısının kürəkəni Cared Kuşner də daxil edilib.

İran heyətində isə ölkənin xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafın yer alacağı proqnozlaşdırılır.

Bildirilir ki, hər iki ölkənin nümayəndə heyətləri artıq Pakistanın paytaxtına çatıblar.

"Cebheinfo.az"

Chosen
83
15
cebheinfo.az

10Sources