EN

Qurbanov: “Mübarizəmiz sonadək davam edəcək” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilməsək də, son saniyələrə kimi yaxşı mübarizə getdi. Futbolçular qol vurmaq üçün çox güc sərf etdilər. Belə hallar olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.

Bu matçdan əvvəl aramızda 10 xallıq fərq var idi. Bu, az deyil. “Sabah” çox yaxşı futbol nümayiş etdirir. Qarşıdakı oyunlarda daha pozitiv olmalıyıq. Futbolçuların idman formasını, peşəkarlığını daha da yaxşılaşdırmağa çalışacağıq.

Qarşıda maraqlı oyunlarımız var. “Sabah” və “Neftçi” ilə matçlarımız olacaq. Sona kimi mübarizə aparacağıq. Titula gəlincə, belə illər olur, sanki alınmır. Sona qədər azarkeşlərimiz üçün yaxşı futbol göstərmək istəyirik. Mübarizəmiz sona kimi davam edəcək.

Heyətdə hansısa dəyişiklikər etmək istəyərdik. Komandaya yeni futbolçular cəlb etmək istəyirik. Soyuqqanlı davranmalıyıq. Heyəti gücləndirməyə ehtiyacımız var. Bütün futbolçular uğurlu mövsüm keçirdilər. Çempionlar Liqasındakı nəticələrdən sonra 70-80 faiz futbolçuya təkliflər oldu. İstər-istəməz onlar üçün özlərini ələ almaq çətin olur. Olan oldu. Başa düşürük ki, təkliflərin olması futbolun qanunudur. Bizim kimi yeni formalaşan komanda üçün belə halların mənfi təsiri var. Amma hər bir halda futbolçuları toparlamağa çalışdıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
18
7
arena.az

10Sources