Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.
Medicina.az H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub.1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib.
H.Bağırov xəstəxanada 40 çarpayılıq kardioloji şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.
86 yaşlı Həsənağa Bağırovun qardaşı Əliağa Bağırovda ürək cərrahiyyəsi üzrə dünyada tanınan məşhur həkimlərdəndir.
Allah rəhmət eləsin!