İrandan Azərbaycana indiyədək təxliyə edilənlərin sayı açıqlanıb
Fevralın 28-i saat 08:00-dan aprelin 11-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3439 nəfər təxliyə edilib. 1news.az APA-ya istinadən xəbər verir ki, təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır. Təxliyə olunanlar arasında 735 Çin, 374 Rusiya, 198 Banqladeş, 284 Hindistan, 192 Tacikistan, 151Pakistan, 84 Oman, 68 İndoneziya, 61 İran, 57 Əlcəzair, 46 İtaliya, 26 İspaniya, 27 Kanada, 27 Almaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17ABŞ, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Nigeriya, 13 Belerus,13 Qazaxıstan, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela 6 BƏƏ, 6 Finlandiya, 6 Slovakiya, 6 Belçika, 6 Qırğızıstan, 6 Rumıniya, 6 Avstraliya 5 Türkiyə, 5 Finlandiya, 5 Serbiya, 5 Çexiya, 5 İsveç, 5 Əfqanıstan, 5 Avstraliya, 5 Avstriya, 5 Vyetnam, 5 Yunanıstan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şri-lanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Misir, 2 Sloveniya, 2Uruqvay vətəndaşı var. İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.