EN

Finlandiya Cənubi Koreyadan əlavə 155 mm-lik K9 ÖAQ-lar alır

Finlandiya Silahlı Qüvvələri üçün Cənubi Koreyadan əlavə istifadə olunmuş 155 mm-lik K9 özüyeriyən artilleriya qurğuları (ÖAQ) alınır.

Bu barədə “Poliqon” Finlandiya Müdafiə Nazirliyinə istinadən xəbər verib.

K9 ÖAQ-ların tədarükü üçün Helsinkidə Finlandiya Müdafiə Nazirliyi ilə Cənubi Koreyanın dövlət qurumu olan KOTRA (Korea Trade-Investment Promotion Agency) arasında ümumi dəyəri 546.8 milyon avro təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilə 112 ədəd istifadə olunmuş K9-un tədarükü ilə yanaşı, ehtiyat hissələri və texniki dəstək xidmətlərini də əhatə edir.

Qeyd olunub ki, bu satınalma Finlandiya Quru Qoşunlarının atəş gücünü və uzaq məsafədən dəstək vermək qabiliyyətini daha da artıracaq. Həmçinin yüksək hərəkət qabiliyyətinə malik artilleriya sistemləri vasitəsilə operativ bölmələrin dəstəklənməsi imkanları genişlənəcək. Bu çərçivədə köhnəlməkdə olan yedəkli artilleriya sistemlərinin bir hissəsi də ÖAQ-larla əvəz olunacaq.

Xatırladaq ki, Finlandiya K9 ÖAQ-ları ilk dəfə 2017-ci ildə dövlətlərarası müqavilə çərçivəsində Cənubi Koreyadan satın alıb. Həmin vaxt Finlandiya Quru Qoşunları üçün ümumilikdə 96 ədəd K9 haubitsası alınmışdı.

bb70cf0c

Chosen
31
poliqon.az

1Sources