Masazırda qətlə yetirilən qadınlarla bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar xalaqızı olublar.
Bildirilib ki, qətlə yetirilən şəxslər bir ay əvvəl Masazırda köçərək, burada kirayə qalıblar.




Masazırda evdə qətlə yetirilən şəxslərin kimlikləri bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli qətlə yetiriliblər.

Abşeron rayonunun Masazır kəndində iki qadın qətlə yetirilib.
Oxu.Az-ın məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Qəsəbə ərazisində 1987-ci il təvəllüdlü və 1996-cı il təvəllüdlü iki qadın bıçaqlanaraq qətlə yetirilib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Qətli törədən şəxs hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində tədbirlər görülür.