Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həkim bu gün dünyasını dəyişib.
Qeyd edək ki, H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub. O, ilk olaraq Salyan rayonunun Pratman-Gəncəli kəndində həkim işləyib, 1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib.
H.Bağırov xəstəxanada kardioloji kabinet yaradıb, qısa müddətdə burada 40 çarpayılıq şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.
Məlumat üçün bildirək ki, 86 yaşlı Həsənağa Bağırovun qardaşı Əliağa Bağırov ürək cərrahiyyəsi üzrə dünyada tanınan məşhur həkimlərdəndir.
"Cebheinfo.az"