Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub.
Metbuat.az xəbər verir ki, dünən saat 15 radələrində şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub.
A.Mustafazadənin meyiti sudan çıxarılaraq təhvil verilib.
Araşdırma aparılır.