Lent az saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Lent.az xəbər verir ki, bir nəfər polisə müraciət edərək bank kartından oğurluq edildiyi barədə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı N.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərəçəkənin itirdiyi bank kartını taparaq marketlərdən və onlayn mağazalardan alış-veriş edib.
Araşdırmalar davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.