AZ

Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

"Yeni Sabah" "Teleqraf"a istinadla xəbər verir ki, bir nəfər polisə müraciət edərək bank kartından oğurluq edildiyi barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı N.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin itirdiyi bank kartını taparaq marketlərdən və onlayn mağazalardan alış-veriş edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
12
10
yenisabah.az

10Mənbələr