EN

Bakıda torpaq sürüşməsi olub, avtomobillərə ziyan dəyib

Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, hadisə Gəncə prospekti 29/35A ünvanında baş verib.

Məlumata görə, sürüşmə bu gün səhər 07:30 radələrində qeydə alınıb.

Belə ki, sürüşmə nəticəsində ərazidə park edilmiş avtomobillərə ziyan dəyib.

Sakinlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

Chosen
27
far.az

1Sources