EN

Işın Karacanı Yunanıstana buraxmadılar

Olay.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türk müğənni Işın Karaca ailəsi ilə birlikdə turistik məqsədlə getdiyi səfərdə sərhəddən geri qaytarıldığını açıqlayıb.

OLAY yazır ki, hava limanında çəkdiyi videoda əlindəki rəsmi sənədi göstərən Karaca ölkəyə girişinə icazə verilməməsinin səbəbinin keçmiş illərdə Gümülcinədə verdiyi konsertlə bağlı olduğunu bildirib.

“Afinaya girişim rədd edildi. Niyə? Çünki 2024-cü ildə Gümülcinədə “Ne mutlu Türküm diyene“ dediyim və İzmir Marşını səsləndirdiyim üçün... Qızım və həyat yoldaşımın girişinə icazə verildi, amma mən deportasiya edildim. Sağ olun. Bu milli bir məsələ imiş”, - deyə, Işın bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
olay.az

1Sources