EN

Pakistan ABŞ və İran arasında danışıqların konstruktiv keçəcəyinə inanır

Bakı. Trend:

ABŞ və İran nümayəndə heyəti arasında İslamabadda aparılacaqdanışıqların konstruktiv keçəcəyinə inanırıq.

Trend xaricimediaya istinadən xəbər verir ki, bunu Pakistanın Xarici İşlərNaziri İşaq Dar bildirib.

Dar tərəflərin İran münaqişəsi ilə bağlı davamlı və dayanıqlıhəll yolu tapması üçün Pakistan hökumətinin vasitəçilik səylərinidavam etdirəcəyini vurğulayıb.

ABŞ vitse-prezidenti Cey Di Vensi qarşılayan XİN rəhbəri AmerikaBirləşmiş Ştatlarının davamlı regional və qlobal sülhə nail olmağaolan sadiqliyini təqdir edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Chosen
24
2
az.trend.az

3Sources