EN

FHN-də "İnşaatçılar Günü" keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib.

Hafta.az FHN-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirib, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin bu sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq, onları peşə bayramı münasıbətilə təbrik edib.

Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Bəxtiyar Tağıyev olkəmizdə son illərdə həyata keçirilən tikinti işləri barədə geniş məlumat verib. Agentliyin fəaliyyətinə toxunaraq qeyd edib ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən bu günə kimi, tikinti təhlükəsizliyi normalarına riayət olunması sahəsində qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından ötrü bütün zəruri addımları atıb və hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir.

Tədbirdə çıxış edənlər hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndiriblər.

Tədbirdə "İnşaatçılar Günü" münasibətilə xidməti fəaliyyətində fərqlənən inşaatçılara, həmçinin yubiley yaşları tamam olan əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Chosen
33
3
hafta.az

4Sources