EN

Xaçmazda yol qəzasında bir nəfər ölüb

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, Həsənqala kəndi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 36 yaşlı İzzət Cəlilovu vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
5
4
xezerxeber.az

5Sources