Bakı. Trend:
ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris bildirib ki,2028-ci ildə keçiriləcək prezident seçkilərinə qatılma variantınınəzərdən keçirir.
Trend xəbər verir ki, o, bubarədə Nyu-Yorkda keçirilən forumda çıxışı zamanı danışıb.
Məlumata əsasən, Harris artıq yeni seçki kampaniyasınınbaşlanğıcı kimi dəyərləndirilən bəzi addımlar atıb.
Qeyd edək ki, 2024-cü ilin yayında o, debatlarda zəif çıxış edənCo Baydenin yerinə prezidentliyə namizəd olmuş, lakin seçkilərdəDonald Trampa uduzmuşdu.
ABŞ-də növbəti prezident seçkilərinin 2028-ci ilin noyabrındakeçirilməsi planlaşdırılır.